EN

Məşhur diplomat Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi

Aprelin 21-də metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında avtomobillə motosiklet toqquşub.

“Yeni Sabah” “Unikal”a istinadən xəbər verir ki, bunu motosikletin sahibi, Bakıda kuryer fəaliyyəti ilə məşğul olan Ceyhun Quluzadə deyib.

O, hadisənin detallarını açıqlayıb:

“Nərimanov rayonunda 99-HZ-003 dövlət qeydiyyat nişanlı “Land Rover Discovery” markalı avtomobilin sürücüsü mənim motosikletimi vurdu. Nəticədə motosikletə ziyan dəydi, benzin çəni partladı. Nəticədə yanacaq yerə dağıldı. Motosikletimi vuran sürücü mənə dəyən ziyanı ödəmək istəmədi. Ondan heç olmasa, yanacağın pulunu verməsini tələb etdim. Lakin o, bunu da yerinə yetirmədi.

Əvəzində isə mənə hədə-qorxu gəlməyə başladı. Daha sonra isə ərazidən uzaqlaşdı”, - deyə zərərçəkən şəxs bildirib.

Məlumata görə, qəzanı törədən şəxs, 99-HZ-003 nömrəli avtomobilin sürücüsü Xarici İşlər Nazirliyinin Təşkilat-nəzarət idarəsinin rəisi Həsən Dilsuz oğlu Məmmədzadədir.

O, XİN-də idarə rəisi təyin olunmazdan əvvəl Azərbaycanın Litvadakı, daha sonra isə Tacikistandakı səfiri olub. 2021-ci ildə isə səfir vəzifəsindən azad edilib və XİN-dəki vəzifəsinə təyinat alıb.

 


Telegram kanalımız
Chosen
16
13
yenisabah.az

10Sources