EN

NATO-nun Baş katibi Türkiyənin xarici işlər naziri ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.

Hafta.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Şimali Atlantika Alyansının rəhbəri ilə danışıqlar qapalı qapılar arxasında keçirilib.

Rutte ikigünlük səfəri çərçivəsində əvvəllər Ankaranın Gölbaşı rayonunda Türkiyənin müdafiə sənayesinin flaqmanı olan ASELSAN-ın müəssisəsini ziyarət edib. Gördükləri ilə bağlı təəssüratlarını bölüşən NATO-nun Baş katibi bildirib ki, Türkiyə müdafiə sənayesində inqilab edib.

Rutte, həmçinin bütün Alyans ölkələrinin müdafiə sənayesi potensialının artırılmasının vacibliyini vurğulayıb.

NATO-nun Baş katibi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. Gözlənilir ki, danışıqların əsas gündəliyinə 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan NATO sammit, eləcə də İran ətrafındakı vəziyyətlə bağlı Vaşinqtonla Alyans ölkələri arasında gərginlik daxil ediləcək.

Chosen
61
2
hafta.az

3Sources