ain.az, Axar.az portalına istinadən məlumat verir.
Bakı Metropolitenin rəisi Vüsal Aslanov dünən metroda baş vermiş texniki insident nəticəsində xəsarət alan sərnişinləri evlərində ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin sosial şəbəkə hesabında məlumat yayılıb.
“Texniki insident zamanı yaranmış sıxlıq səbəbindən 9 nəfərə arterial təzyiq və stresslə bağlı şikayətlər üzrə yerində tibbi yardım göstərilib, 2 nəfər isə yüngül xəsarətlə xəstəxanaya hospitalizasiya olunub. Sərnişinlər daha sonra müalicələrini ambulator şəraitdə davam etdirmək üçün evə buraxılıblar. Metropoliten rəhbərliyi axşam saatlarında xəsarət alan sərnişinləri evlərində ziyarət edərək səhhətləri ilə maraqlanıblar.
Hadisə üzrə texniki və təşkilati araşdırmalar davam edir.
Qatarların hərəkəti müvəqqəti olaraq şənbə qrafikinə uyğun tənzimlənir. Hazırda hərəkətdə olan qatar sayının artırılması istiqamətində müvafiq işlər aparılır.
Sərnişin təhlükəsizliyi Bakı metropoliteninin fəaliyyətində dəyişməz prioritetdir. Oxşar halların təkrarlanmaması üçün nəzarət mexanizmləri daha da gücləndirilir”, - məlumatda qeyd olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.