EN

Yağış yağacaq, şimşək çağacaq - Xəbərdarlıq

Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında havanın fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Chosen
26
49
ucnoqta.az

10Sources