ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatlarına görə, ötən il dünya miqyasındakı miqrasiya marşrutlarında təxminən 8 min miqrant həyatını itirib və ya onlar haqqında itkin düşmə bildirişi edilib.
"Cebheinfo.az" xəbər verir ki, "Deutsche Welle"nin xəbərinə görə, ən yüksək ölüm göstəriciləri Avropaya uzanan miqrasiya marşrutlarında qeydə alınıb.
Bununla da, 2014-cü ildən bəri miqrasiya etmək istəyərkən ölənlərin ümumi sayı 82 minə çatıb.
2024-cü ildə ölü və itkin düşən miqrantların sayı qeydlərdə 9 min 197 olaraq göstərilmişdi.IOM təxminən 8 min ölü və itkin miqranta əlavə olaraq 1 500 şübhəli hadisənin olduğunu, maliyyə kəsintiləri səbəbindən bu hadisələrin araşdırılıb təsdiqlənə bilmədiyinə diqqət çəkib.
IOM-un baş direktoru Emi Poup miqrasiya marşrutlarının münaqişələr, iqlim təzyiqləri və siyasət dəyişikliklərinə bağlı olaraq dəyişdiyini vurğulayıb.
"Lakin risklər hələ də çox realdır", - deyən Poup əlavə edib: "Bu rəqəmlərin arxasında təhlükəli səfərlərə çıxan insanlar və onlardan xəbər gözləyən, lakin heç vaxt xəbər ala bilməyəcək ailələr var".
Nigar HacılıÂ
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.