EN

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı



Avropa İttifaqı (Aİ) Ukraynaya 90 milyard avroluq kredit ayırmağı, eləcə də Rusiyaya qarşı 20-ci sanksiyalar raundunu təsdiqləyib.

aia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

2025-ci ilin dekabr ayında keçirilən Aİ sammitində Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avroluq kredit təsdiqlənib. Bu vəsaitin 60 milyard avrosu silahlara, 30 milyard avrosu isə Ukraynanın büdcə ehtiyaclarına sərf olunacaq. Kiyev borclarını ödəyə bilmədiyi üçün Aİ-nin krediti özü ödəməsi gözlənilir.

aia.az



Chosen
43
7
aia.az

10Sources