"Maliyyə icarəsi xidməti göstərən hüquqi şəxslər AMB-nin yaradacağı reyestrə daxil ediləcəklər. Qanun qəbul edildikdən sonra adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri olan təşkilatların qeyri-qanuni bu adlardan istifadəsi istisna ediləcək (tənzimlənəcək). Həmçinin məlumatların ən azı bir kredit bürosuna təqdim edilməsi tələbi təsbit olunub. Bu, maliyyə bazarında informasiya asimmetriyasını aradan qaldırmağa, borc yükünün düzgün müəyyənləşdirilməsinə və kredit əlçatanlığının yaxşılaşdırılmasına xidmət edəcək. İcarəyəverənin mühasibat uçotu aparması və maliyyə hesabatlarını tərtib etməsi "Mühasibat uçotu haqqında" qanunla tənzimlənəcək. İllik maliyyə hesabatları auditor rəyi ilə birlikdə AMB-yə təqdim edilməlidir".