EN

Azərbaycanda professor vəfat edib - FOTO

Azərbaycanda professor vəfat edib.

Ölkə.Az-ın məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Riyaziyyat və statistika” kafedrasının professoru Musa Alməmmədov vəfat edib.

Onun 91 yaşı var idi.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Alməmmədov Musa Səməd oğlu 1935-ci il Gədəbəy rayonun Söyüdlü kəndində anadan olub.

O, 1955-ci ildə Söyüdlü kənd orta məktəbini bitirib.

Azərbaycan Dövlət Universitetinin "Riyaziyyat" fakültəsini bitirib.

1960-cı ildə universiteti əla qiymətlərlə bitirib Azərbaycan Neft Kimya institutunun ali riyaziyyat kafedrasına işə düzəlib.1963-cü ildə elə həmin kafedrada müəllim vəzifəsinə seçilib.

1963-cü ildə Moskva şəhərindəki E. A. Steklov adına Riyaziyat İnstitutununda əyani aspiranturaya daxil olub. Dünyanın ən məşhur riyaziyyatçısı M. A. Haymarkın rəhbərliyi altında namizədlik dissertasiyasını yazaraq 1967-ci ildə riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.

Musa Alməmmədov 1967-ci ildən 2001-ci ilə qədər indiki Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olub.

2001-ci ildən isə həmin universitetin riyaziyyat kafedrasının professoru vəzifəsində çalışıb. 2020-ci ildən "Riyaziyyat və statistika" kafedrasının dosentidir.

20.04.2022-ci tarixdən həmin kafedranın professoru vəzifəsinə keçirilib.

Musa Alməmmədovun 55-dək elmi əsəri çapdan çıxıb.Bu elmi əsərlərdən 15-i xaricdə dünyanın ən məşhur riyaziyyat jurnallarında iri həcmdə çap olunub. İri həcmli 210 səhifəlik 5 pereprinti və 1 monoqrafiyası çapdan çıxıb.

Ali riyaziyyatdan 4 dərsliyin, 7 metodik göstərişin müəllifidir. Həmçinin Respublikanın mərkəzi jurnallarında məqalələri dərc olunub.

Billurə

Chosen
58
7
olke.az

10Sources