EN

Lombarda qızıl qoyanların nəzərinə Qaydalar dəyişir

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) lombardların fəaliyyətinə nəzarəti gücləndirəcək.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, hazırda lombardlar məhdud səviyyədə lizinq - maliyyə icarəsi xidmətləri göstərir: “Biz periodik hesabatlılıq vasitəsilə bu istiqamətdə nəzarəti həyata keçiririk. Amma “Maliyyə icarəsi haqqında” qanunun qəbulu onlar üzərinə də müəyyən əlavə tələblər qoyacaq. Bu məsələdə əsas məqsədlərimizdən biri nəzarət yox, daha çox liberallaşmış yanaşma əsasında ölkə iqtisadiyyatına, sahibkarlıq, xüsusən də kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərməkdir. Bunun davamı olaraq strategiyamız qəbul olunacaq və öz tənzimləyici sənədlərimizdə bu istiqamətdə addımlar atmağı planlaşdırırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
56
1
yenisabah.az

2Sources