EN

Bu ildən sonra doğulanlar siqaret ala bilməyəcək

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Böyük Britaniya Parlamentinin hər iki palatası 2008-ci ildən sonra doğulmuş vətəndaşlara tütün və elektron siqaret satışını qadağan edən qanun layihəsini təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın səhiyyə və sosial qayğı katibi Ues Stritinq məsələni belə izah edib: "Profilaktika müalicədən daha yaxşıdır. Bu islahat həyatları xilas edəcək, Milli Səhiyyə Xidmətinin yükünü azaldacaq və daha sağlam Britaniya quracaq".

Təkcə İngiltərədə siqaret çəkmək ildə 400.000 nəfərin xəstəxanaya yerləşdirilməsinə və 64.000 insanın isə ölümünə səbəb olur. Milli Səhiyyə Xidməti  xərçəng və ürək xəstəlikləri kimi tütünlə əlaqəli xəstəliklərin müalicəsinə 3 milyard funt sterlinq xərcləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
modern.az

1Sources