EN

Biləsuvarda ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Biləsuvar şəhəri, H.Aslanov küçəsi ev 11 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Müşviq Hüseyn oğlu İskəndərova məxsus kafedə yoxlama keçiriblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ictimai iaşə obyektində divar, döşəmə və tavan hissələrinin asan yuyulabilən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Bildirilib ki, nöqsanlarla əlaqədar fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
azertag.az

5Sources