EN

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) konteyner gəmisinə atəş açıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Oman sahillərində konteyner gəmisinə atəş açıb. 

Editor.az xəbər verir ki, bu barədə Krallıq Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) aprelin 22-də məlumat verib. Hadisə Omanın şimal-şərqindən 15 dəniz mili məsafədə baş verib. Gəminin kapitanı İİKK-nın bir qayığının yaxınlaşaraq hücum etdiyini və körpüyə ciddi ziyan vurduğunu bildirib. Ekipaj üzvündən heç kim xəsarət almayıb.

Ötən həftə sonu ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində Çindən İrana yük daşıyan bir İran gəmisini ələ keçirib. ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) gəmi heyətinin altı saat ərzində ABŞ hərbi qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığını və bundan sonra yük gəmisinin vurulduğunu açıqlayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
47
editor.az

1Sources