EN

Ağız quruluğunun səbəbi nədir? -Həkim AÇIQLADI

Ağızda uzun müddət davam edən quruluq sadəcə susuzluq və ya stress əlaməti deyil.

Redaktor.az xəbər verir ki, bu barədə həkim Sergey Vestomov bildirib.

Onun sözlərinə görə, bu halın ən çox səbəblərindən biri şəkərli diabetdir. Bu xəstəlik zamanı ağız quruluğu adətən güclü susuzluq, tez-tez sidiyə getmə və zəifliklə birlikdə olur.

Ağız quruluğu tüpürcək vəzilərinin xəstəliklərindən də yarana bilər.

Həkim həmçinin qeyd edib ki, güclü stress, narahatlıq və panik hallar da müvəqqəti olaraq ağız quruluğu yarada bilər.

Aytəkin TOFİQQIZI

Chosen
75
1
redaktor.az

2Sources