EN

Azərbaycan və Latviya birbaşa uçuşların müzakirəsini planlaşdırır

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan və Latviya birbaşa uçuşların nəzərdən keçirilməsi ilə bağlı razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib.

"Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır. Bu, xüsusən də, müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu, digər bir fürsət ola bilər", - deyə dövlət başçısı qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
13
bakivaxti.az

10Sources