EN

Avarçəkmə üzrə “Prezident Kuboku 2026” - Sərsəngdə ilk beynəlxalq idman yarışı!

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası ilk dəfə olaraq Sərsəng su anbarında start götürəcək.

Ekologiya.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən reqatanın ilk günündə – 27 aprel tarixində Sərsəng su anbarında akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçiriləcək.

 İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq. 

Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.

Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

Chosen
24
5
ekologiya.az

10Sources