Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 21-də səhər saatlarında baş verib. Belə ki, hərəkətdə olan 90-KN-552 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 20-EE-745 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşını ilə toqquşub.
İlkin məlumata əsasən, hadisəyə səbəb manevr qaydalarının pozulması olub. Toqquşma nəticəsində yük avtomobili aşıb.
Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib. Qəzaya uğrayan yük maşını yaxınlıqdakı vətəndaşların köməyi ilə əvvəlki vəziyyətinə qaytarılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, fakt üzrə araşdırma aparılır.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.