EN

Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1519-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 136 720 PUA-sı, 656 zenit-raket kompleksi, 29 006 tank və digər zirehli texnikası, 1 705 reaktiv yaylım atəş sistemi, 34 569 artilleriya və minaatanı, 59 940 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Chosen
15
12
bakivaxti.az

10Sources