EN

AK Yaxın Şərq müharibəsi səbəbindən enerji xərclərini 24 milyard avro qiymətləndirib

Avropa İttifaqı ölkÉ™lÉ™rinin ABÅž vÉ™ İsrailin İrana qarşı apardığı müharibÉ™ nÉ™ticÉ™sindÉ™ enerji sahÉ™sindÉ™ki xÉ™rclÉ™ri münaqiÅŸÉ™nin baÅŸlanğıcından bÉ™ri 24 milyard avro təşkil edib. 

HİT.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ BrüsseldÉ™ keçirilÉ™n mÉ™tbuat konfransında Avropa Komissiyasının enerji üzrÉ™ komissarı Dan Yörgensen bildirib. 

Yörgensen qeyd edib ki, bu göstərici gündə təxminən 500 milyon avro deməkdir və bu, Avropa ölkələrinin əhalisi və sənayesi üçün ciddi təsir yaradıb.

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirmişdi ki, İranda baş verən münaqişə fonunda Avropanın enerji resursları idxalı xərcləri 22 milyard avro artıb. O, əlavə edib ki, Avropa Komissiyası 23 aprel tarixində keçiriləcək sammitdə Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq qiymətlərin tənzimlənməsi məqsədilə Avropa İttifaqının neft ehtiyatlarından istifadə təklifi irəli sürəcək.

“Politico” nəşri isÉ™ yazıb ki, Avropanın xarici siyasÉ™tdÉ™ artan çətinliklÉ™ri — Ukraynanın maliyyÉ™ləşdirilmÉ™sindÉ™ problemlÉ™rdÉ™n tutmuÅŸ İran müharibÉ™si ilÉ™ baÄŸlı parçalanmış mövqeyÉ™ qÉ™dÉ™r — Avropa İttifaqında sistemli böhran É™lamÉ™tlÉ™rinÉ™ iÅŸarÉ™ edir.

Samir
 

Chosen
44
hit.az

1Sources