EN

Avstraliyada qaz nəhəngləri yeni vergiyə qarşı “reklam müharibəsi”nə başlayıb  

Avstraliyanın qaz sənayesi hökumətin tətbiq etmək istədiyi yeni vergi planına mane olmaq üçün milyonlarla dollarlıq geniş reklam kampaniyasına start verib.

“The Guardian” qəzetinin məlumatına görə, kampaniyanın ümumi büdcəsi ən azı 5 milyon dollardır. “Shell Australia” şirkəti bu məqsədlə 1 milyon dollar vəsait ayırıb. 

Sənaye nümayəndələri iddia edirlər ki, bu kampaniya ictimaiyyəti məlumatlandırmaq və sektor haqqında yayılan “yanlış məlumatların” qarşısını almaq məqsədi daşıyır. Milyonlarla dollarlıq bu müqavimət ölkənin siyasi dairələrində ciddi müzakirələrə və narazılığa səbəb olub.

Ekspertlər hesab edirlər ki, qaz nəhənglərinin bu addımı vergi islahatlarının qarşısını almaq üçün hökumətə qarşı birbaşa təzyiq xarakteri daşıyır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources