EN

Azərbaycan Dövlət Simli Kvarteti xızılı musiqisevərlərin qarşısında çıxış edib

Xızı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Simli Kvarteti Xızıda konsert proqramı ilə çıxış edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, aparıcı bədii kollektivlərin iştirakı ilə gerçəkləşən ölkəmiqyaslı qastrol proqramı çərçivəsində təşkil olunub.

Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Xəyyam Mirzəzadə və digər bəstəkarların əsərlərindən ibarət maraqlı proqram təqdim edilib.

Aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyənləşdirilmiş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

Müxbir - Elxan Yusifli

Chosen
93
1
azertag.az

2Sources