EN

İran ABŞ a meydan oxudu: “Heç bir ölkə…” KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Höccətülislam Nəbəviyan rəsmi Tehranın son illərdə artan hərbi və siyasi özünəinamını ifadə edən kəskin bəyanatla çıxış edib. O, İranın ABŞ-a qarşı müqavimət gücünün dünya nəhəngləri ilə müqayisədə daha üstün olduğunu iddia edib. Nəbəviyanın bu sözləri regionda gərginliyin pik həddə çatdığı bir vaxtda rəsmi Tehranın geri addım atmayacağı mesajı kimi qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, iranlı deputat çıxışı zamanı Çin və Rusiyanın belə ABŞ qarşısında Tehran qədər cəsarətli olmadığını vurğulayıb. “Heç bir ölkə, hətta Çin və Rusiya belə, Birləşmiş Ştatlarla bizim kimi üz-üzə gəlməyi və onlara müqavimət göstərməyi bacarmayıb”, – deyə o bildirib. Bu açıqlama İranın həm regional münaqişələrdə, həm də qlobal siyasi arenada Vaşinqtonun təzyiqlərinə qarşı nümayiş etdirdiyi dirənişin simvolu kimi təqdim olunub.

Analitiklər hesab edirlər ki, Nəbəviyanın bu bəyanatı daxili auditoriyaya yönəlməklə yanaşı, həm də beynəlxalq güclərə İranın strateji hədəflərindən dönməyəcəyini göstərmək məqsədi daşıyır. Son dövrlərdə ABŞ-ın sanksiyaları və hərbi təhdidləri fonunda Tehranın bu cür iddialı çıxışları bölgədəki geosiyasi rəqabəti daha da alovlandırır.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
50
konkret.az

10Sources