Sovet dövründə baş verən “Böyük terror” millətindən və dinindən asılı olmayaraq bütövlükdə sovet xalqının bütün təbəqələrinə yönəlib. Bunu qətlə yetirilən insanlarına sayı da sübut edir. “Böyük terror” zamanı edam edilən 420.000 nəfərdən 130.000-i 1937-ci il sərhədləri daxilində Qərbi Sibir bölgəsində həyata keçirilib. Təkcə Azərbaycandan 5 357, Tacikistandan 4 561,Türkmənistandan 5 166 və Özbəkistandan 6 513 nəfər günahsız yerə güllələnib. Əslində bu hadisələr Stalinin 1941-ci ildə 136.000 yəhudini edam edən litvalı ştandartfürer Karl Yegerdən geri qalmadığını göstərir. Stalinin əmrlərini canla-başla yerinə yetirən şəxslərin də nasistlərdən heç bir fərqi olmayıb.
Mironov Sergey Naumoviç
Əsl adı Meer İosifoviç Korol olan Kiyev yəhudisi yerli ticarət məktəbinin məzunu olub, inqilabi qarışıqlıq dövründə qırmızı orduya qoşulub və xüsusi idarələrdə karyera qurub. Hərbi “mütəxəssislərin” olduğu yerlərdə təlim keçib, Vətəndaş müharibəsindən sonra karyerasını Əks-inqilab və Təxribatla Mübarizə üzrə Rusiya Fövqəladə Komissiyasında davam etdirib. 16 iyul 1937-ci ildə Mironov Xalq Daxili İşlər Komissarlığının (XDİK - NKVD) ali rəhbərliyinin məşhur Moskva iclasında iştirak edib. ( Bu iclasda iştirak edənlərin böyük əksəriyyət Beriyanın XDİK-ə rəhbərlik etdiyi dövrdə, 1938-1940-cı illər arasında edam edilib).

XDİK rəhbəri Yejov regional idarələrin rəhbərlərinə Kreml tərəfindən təsdiq edilmiş “00447 nömrəli əməliyyat əmri” barədə məlumat verib. Yejov tabeliyindəkilərə “limitlər” barədə məlumat verərək, “əlavə min nəfər güllələnərsə, bu, böyük bir məsələ olmayacağını” bildirib və dindirilmələr zamanı işgəncə tətbiqinə icazə verib. Yeri gəlmişkən, məhz həmin iclasda Yejov ləng işləyən bir neçə rəhbər şəxsi həbs etdirib. Onlar tezliklə edam edilib.
Rəisinin əmrini çox yaxşı qəbul edən Sergey Mironov işçilərinə xüsusi təlimat verib. Təlimatda deyilir: “Birinci əməliyyat üçün limit 11.000 nəfərdir, yəni 28 iyulda 11.000 nəfəri həbs etməlisiniz. Yaxşı, 12.000, bəlkə 13.000, hətta 15.000 nəfəri həbs edin - mən sizi bu sayla məhdudlaşdırmıram. Hətta birinci kateqoriya adı ilə 20.000 nəfəri həbs edə bilərsiniz...”.
Beləliklə, Mironovun rəhbərliyi altında “kütləvi əməliyyatlar” nəticəsində 130.000-dən çox sovet vətəndaşı edam edilib. Moskvanın qoyduğu “limit” on dəfədən çox aşılıb.1938-ci ilin noyabr ayında Lavrenti Beriya xalq komissarı təyin edildikdən sonra aparatda təmizləmə işlərinə başlanılıb.
Yanvar ayına qədər Mironovun adı Stalinin 346 nəfərdən ibarət “edam siyahısında” yer alıb. Bir həftə sonra Ali Məhkəmənin hərbi kollegiyası liderin əvvəlcədən müəyyən etdiyi hökmü möhürləyib və 22 yanvar 1940-cı ildə SSRİ Xalq Daxili İşlər Komissarlığının qanunvericilik məclisi idarəsinin keçmiş rəhbəri edam edilib. O, heç vaxt bəraət qazanmayıb.
Qorbaç Qriqori Fyodoroviç
Sibirdəki “Böyük terror”un daha bir təşkilatçısı. O, Poltavada anadan olub və Mironov kimi, vətəndaş müharibəsindən sonra qırmızı ordunun xüsusi idarələrində işləyib. 1922-ci ildə, karyerasının başlanğıcında müəyyən “sui-istifadə hallarına” görə təhlükəsizlik xidmətlərindən (və hətta partiyadan) istefa verib, lakin sonradan geri qayıdıb və “hörmətli” karyera qurmağı bacarıb. Görünür, o, artıq 1930-cu illərin əvvəllərində Şimali Qafqazda xidmət edərkən Mironovla tanış olub, ona görə də 1937-ci ilin yayında Xalq Daxili İşlər Komissarlığında yüksək vəzifəyə təyin edilməsi təəccüblü deyil. 1937-ci il avqustun əvvəlində “QULaq əməliyyatı”nın (Yejovun həmin “00447 nömrəli əmri”) başlanması ilə XDİK-in Omsk vilayəti üzrə rəhbəri olub.

Qorbaç Stalin repressiyaları tarixinə ən bədnam “staxanovçulardan” biri kimi daxil olub. O, əməliyyat başlamazdan əvvəl “limitin” artırılmasını tələb edib. Beləliklə, “00447” nömrəli əmrə əsasən, Omsk vilayətinə əvvəlcə “birinci kateqoriya” üçün 1000 nəfərlik “kvota” ayrılıb. Lakin Qorbaç tələsik 3000 nəfərin artıq həbs olunduğunu bildirib. İki həftə sonra o, yeni bir mesaj göndərib və bildirib ki, artıq 5000 nəfər Omsk həbsxanalarında edam gözləyir. Rəhbərlik “çox gözəl təşəbbüs” irəli sürüb. Edam “limiti” yenidən artırılıb və ən azı 8000-ə qədər çatdırılıb. 1937-ci ilin sentyabr ayına qədər qanunvericilik məclisi bölünüb və Qorbaç XDİK-in Novosibirsk vilayət idarəsinin rəisi təyin edilib. Onun rəhbərliyi altında şöbələr ən ağlasığmaz işgəncə metodlarından istifadə etməyə başlayıblar.

Qorbaç dəfələrlə öyünüb ki, regiondakı “işləri” sayəsində bütün rayon, şəhər və vilayət rəhbərliyi üç dəfə dəyişdirilib. Deyilənə görə, Yejovun müavini Frinovski 1938-ci ilin yanvar ayında keçirilən iclasda onu başqalarına nümunə göstərərək ucadan qışqırıb: “Eşitdinizmi? 55.000 nəfər həbs olunub! Afərin, Qorbaç! Necə də gözəl insan! Çalışqanlığına görə hətta “Lenin” ordeni ilə də təltif edilib”.
Çekist Lyuşkovun SSRİ-dən məşhur şəkildə qaçmasından sonra baş dövlət təhlükəsizlik mayoru Qorbaç XDİK-in Uzaq Şərq İdarəsinə rəhbərlik etməyə başlayıb. O, Moskva rəislərinin onu niyə ora göndərdiyini çox yaxşı başa düşüb və yeni yerində əsl repressiya qırğını törədib, bölgəni “düşmənlərdən” təmizləyib. O, Lubyankada qarovul dəyişdirilərkən yaxalanıb. 28 noyabr 1938-ci ildə Beriyanın xahişi ilə Qorbaç həbs edilib və 7 mart 1939-cu ildə edam edilib. Təbii ki, bu, liderin razılığı və “siyahıya” əsasən baş verib. O, özü ilə bir çox sirri məzara aparıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün