EN

Bakı metrosunda insan izdihamı yaranıbVİDEO

Bu gün səhər saatlarında Bakı metrosunda yenə sıxlıq yaşanıb.

Xezerxeber.az-ın məlumatına görə, bəzi stansiyalarda insan izdihamı müşahidə edilib.

Bununla bağlı sərnişinlər sosial şəbəkələrdə görüntülər də paylaşıblar.

Sıxlığa səbəb metropolitendə qatarların hərəkət qrafikinə edilən dəyişiklikdir.

Günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edib, "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunub.

Səhər yaranan sıxlığın günorta saatlarında nisbətən azaldığı müşahidə edilirdi.

Ötən gün baş vermiş hadisəyə gəlincə isə Bakı metropolitenindən o da bildirildi ki, qısaqapanma baş vermiş kabel xəttində təhlükəsizlik qaydaları qorunmaqla texniki işlərin icrasına başlanılıb. Həmçinin hadisənin təkrarlanması ehtimalının da qarşısının alınmasına xidmət edəcək əlavə tədbirlər görülür.

O da bildirilib ki, texniki araşdırmalar və təhlillərin nəticələri, görüləcək işlər və digər məsələlər barədə ictimaiyyətə operativ məlumatlar təqdim ediləcək.

Qeyd edilib ki, qatarların qrafikindəki dəyişiklik işlər tam yekunlaşdıqdan sonra əvvəlki rejimə qaytarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
25
xezerxeber.az

1Sources