EN

ABŞ vətəndaşlarına müraciət etdi: İrandan çıxıb, Azərbaycana gedin

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ Dövlət Departamenti İranın 18 apreldə hava məkanını qismən açdığını və ölkənin şərq hissəsinə hava səyahətlərini bərpa etdiyinə dair elandan  sonra amerikalıları dərhal İranı tərk etməyə çağırıb.

"Cebheinfo.az" xəbər verir ki, müraciətdə deyilir:

"21 aprel tarixindən etibarən İranın hava məkanı qismən açıqdır. ABŞ vətəndaşlarına ölkəni dərhal tərk etmələri, yerli medianı izləmələri və uçuş məlumatları üçün aviaşirkətlərlə əlaqə saxlamaları tövsiyə olunur. İranı tərk edən amerikalılar quru yolu ilə Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistana da səyahət edə bilərlər".

"ABŞ vətəndaşlarına Əfqanıstana, İraqa və ya İran və Pakistanın sərhəd bölgələrinə səyahət etməmək tövsiyə olunur", - deyə  açıqlamasda bildirilir.

ABŞ vəətndaşlarına, həmçinin quru yolu marşrutları da təqdim olunur. Ermənistana girişlə bağlı isə belə qeyd olunur:

"Aqarak/Norduz quru sərhədi açıqdır. ABŞ vətəndaşlarının Ermənistana daxil olmaq üçün etibarlı ABŞ pasportu olmalıdır, 180 günə qədər vizasız qalmağa icazə verilir". 

Xəzər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
73
1
cebheinfo.az

2Sources