Bakı. Trend:
Latviya Azərbaycanla əməkdaşlığa, ticari əlaqələrinidərinləşdirməyə və genişləndirməyə hazırdır.
Trend xəbərverir ki, bu fikri Latviya Prezidenti Edqars Rinkeviçs aprelin22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışında səsləndirib.
“Təlatümlərin baş verdiyi bu vaxtda, - mən Avropada və YaxınŞərqdə baş verən hadisələri, bütün geosiyasi çağırışları nəzərdətuturam, - biz yaxşı və etibar etdiyimiz tərəfdaşlarımızla yeniəməkdaşlıq yollarını tapmağa çalışırıq. Azərbaycan həmişə Latviyaüçün Cənubi Qafqazda və əslində, daha geniş regionda əsas ticarəttərəfdaşı olub, ticarət tərəfdaşıdır və ticarət tərəfdaşı olmağadavam edəcək”, - deyə Prezident Edqars Rinkeviçs vurğulayıb.