EN

Şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub » AzadMedia.az


Dünən Bakı Metropolitenində yaranan texniki insidentlə əlaqədar metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

“Aprelin 21-də Bakı Metropolitenində yaranan texniki insident səbəbindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, Agentlik tərəfindən daşıyıcılara xətlərə əlavə nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib.

Bu səbəbdən xüsusilə sərnişin sıxlığının müşahidə olunduğu metronun “Elmlər Akademiyası”, "Nizami", “28 May”, "Gənclik", “20 Yanvar”, “Nəriman Nərimanov”, “Koroğlu", “Qara Qarayev”, “Neftçilər”, “Əhmədli” stansiyaları və şəhərin digər əsas istiqamətləri üzrə marşrutlara əlavə avtobusların cəlb olunması davam etdirilir”, - məlumatda qeyd olunub.
Chosen
49
5
azadmedia.az

6Sources