EN

İranın hələ də böyük hərbi gücü qalır – ABŞ rəsmilərindən etiraf

İrana endirilən zərbələrə baxmayaraq, bu ölkənin hərbi imkanlarının tam sıradan çıxmadığı bildirilir.

Musavat.com xəbər verir ki, CBS telekanalının yaydığı məlumata görə, amerikalı rəsmilər İranın hələ də Tramp administrasiyasının ictimaiyyətə açıqladığından daha böyük hərbi gücə malik olduğunu düşünür.

Məlumata əsasən, İranın ballistik raketlərinin və buraxılış sistemlərinin təxminən 50 faizi zərər görmədən qalıb. Həmçinin, SEPAH-ın, xüsusilə kiçik hücum katerlərindən ibarət hərbi-dəniz qüvvələrinin təxminən 60 faizinin hələ də fəaliyyət göstərdiyi və gəmiçiliyə mane olmağa davam etdiyi vurğulanır.

Bundan başqa, İran Hərbi Hava Qüvvələrinin də təxminən üçdə ikisinin kütləvi zərbələrə baxmayaraq işlək vəziyyətdə qaldığı qeyd olunur.

ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset əməliyyatın qəti qələbə ilə başa çatdığını və İrana ciddi zərbə vurulduğunu bildirsələr də, kəşfiyyat qiymətləndirmələri İranın hələ də raket, pilotsuz uçuş aparatları buraxmaq və xüsusilə region ölkələrinə qarşı hücumlar həyata keçirmək imkanına sahib olduğunu göstərir.

 

Musavat.com

Chosen
70
30
musavat.com

10Sources