Yunan-roma güləşi üzrə Azərbaycan millisinin üzvü Qurban Qurbanov (82 kq) növbəti böyük uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, o, Avropa çempionatının final görüşündə rusiyalı idmançı Adlet Tyulbayev (UWW) ilə qarşılaşıb.

​Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Qurban Qurbanov rəqibinə 4:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu zəfər sayəsində təmsilçimiz karyerasında 2-ci dəfə Avropa çempionu tituluna sahib çıxıb.