EN

Çernobılın ağır mirası: hamilələrdə radiasiya göstəriciləri artır

Ukraynada Çernobıl faciəsinin nəticələri aradan qalxmayıb və bu gün də əhalinin müəyyən qruplarında radiasiya izləri qeydə alınır.

Musavat.com xəbər verir ki, “Ukrainska pravda”nın yazdığına görə, bunu Ümumukrayna Analıq və Uşaqlıq Mərkəzinin baş direktoru, tibb elmləri doktoru Yuri Antipkin açıqlayıb.

Onun sözlərinə görə, risk qrupuna daxil olan hamilə qadınlarda radionuklid göstəriciləri təxminən 19 bekerelədək yüksəlir. Bildirilir ki, daha yüksək göstəricilər hamiləliyin gedişində müəyyən ağırlaşmalarla əlaqəli ola bilər.

Mütəxəssislər əsas səbəb kimi radiasiya ilə çirklənmiş ərazilərdə yetişdirilən və bazarlara yetərli nəzarət olmadan çıxarılan qida məhsullarını göstərirlər. Söhbət xüsusilə də çirklənmiş torpaq və su ilə təmasda olmuş ərzaqlardan gedir.

Ekspertlər xatırladırlar ki, radionuklidlər insan orqanizmində qida və su vasitəsilə yığıla bilir. Bu baxımdan heyvan mənşəli məhsullar, eləcə də yabanı giləmeyvə və göbələklər daha böyük risk daşıyan qidalar sayılır.

 

Musavat.com

Chosen
109
19
musavat.com

10Sources