EN

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropaçempionatı davam edir.

Trend xəbər verir ki, yarışınüçüncü günündə Azərbaycanın iki yunan-Roma güşəşçisi qızıl medalqazanıb.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finaldaTürkiyə təmsilçisi Murad Fıratı 7:5 hesabı ilə məğlub edərəkdördqat Avropa çempionu adını qazanıb. Onun ardınca ötənilkiturnirin qalibi Qurban Qurbanov (82 kq.) finalda Adlet Tülübayevə(UWW) 4:2 hesabıyla qalib gələrək ikiqat Avropa çempionu olub.

Digər güləşçimiz Nihat Məmmədli (60 kq.) bürünc medal uğrundaqarşılaşmada Suner Konunovu (UWW) 6:0 hesabı ilə üstələyərək fəxrikürsünün üçüncü pilləsinə yüksəlib.

Qadınların yarışında isə Günay Qurbanova (59 kq.) yarımfinaldaukraynalı dünya mükafatçısı Mariya Vinnikə 2:6 hesabıyla məğlubolub və sabah bürünc medal uğrunda Marta Getmanova (UWW) ilə üz-üzəgələcək.

Elnurə Məmmədova (50 kq.) isə təsnifat mərhələsində polşalıAqata Qoluçovskaya məğlub olaraq turniri medalsız başa vurub.

Qeyd edək ki, bundan öncə yunan-Roma güləşçilərindən RəşadMəmmədov (55 kq.), Nihat Məmmədli (60 kq.) və İslam Abbasov (87kq.) bürünc medal qazanıblar.

Chosen
36
9
az.trend.az

10Sources