EN

Hamilə qadın xəstəxanada öldü

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

5 aylıq hamilə olan Astara sakini Bakıda xəstəxanaların birində ölüb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, rayonun Rinə kənd sakini olan, Zümrüd Kamran qızı Hacıyeva səhhətində yaranan ağırlaşmaya görə Bakı şəhərinə xəstəxanaların birinə göndərilib.

Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq o, müalicə aldığı xəstəxanada ölüb.

Z. Hacıyeva 5 il bundan qabaq ailə qurub. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Meyit ailəsinə təhvil verilib və kənd qəbiristanlığında dəfn olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
13
unikal.az

10Sources