Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında tarixi uğura imza ataraq titulunu qoruyub. 

Offsideplus.az xəbər verir ki, komandamız ümumi hesabda bütün rəqiblərini qabaqlayaraq yenidən qitənin ən güclüsü olduğunu sübut edib.

​Milli komandamız yarış boyu göstərdiyi əzmkar mübarizə sayəsində 133 xal toplayaraq Avropa çempionu adını qazanıb. Turnirin yekun sıralaması belə olub:

  1. ​Azərbaycan – 133 xal 
  2. ​Türkiyə – 121 xal
  3. ​Gürcüstan – 118 xal

​Güləşçilərimiz çempionatı 2 qızıl və 3 bürünc medalla başa vurublar:

  • Həsrət Cəfərov (67 kq) – Qızıl medal
  • ​Qurban Qurbanov (82 kq) – Qızıl medal
  • ​Rəşad Məmmədov (55 kq) – Bürünc medal
  • ​Nihat Məmmədli (60 kq) – Bürünc medal
  • ​İslam Abbasov (87 kq) – Bürünc medal