EN

Gənclər və idman əməkdaşlığı

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Türkiyə Gənclər və İdman nazirlikləri arasında mütəxəssis mübadiləsi çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Gənclər və idman naziri Fərid Qayıbov nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə nümayəndə heyətinin üzvləri səfərin ilk günləri ilə bağlı təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, qonaqlar Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Azərbaycan Gimnastika Federasiyası, Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Bakı Atletika Mərkəzi və Azərbaycan İdman Akademiyası ilə tanış olublar. Səfərin növbəti günlərində isə digər idman obyektləri və qurumlarla tanışlıqlarının davam etdirilməsi nəzərdə tutulur.

Qabil YUSİFOĞLUXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
100
27
xalqqazeti.az

10Sources