EN

Silva İspaniya klubuna keçir?

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva mövsümün sonunda komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu karyerasını İspaniyada davam etdirmək istəyir və əsas seçim kimi “Barselona”nı görür. Müqaviləsi bitən 31 yaşlı oyunçu azad agent kimi ayrılmağı planlaşdırır.

Cari mövsümdə 45 oyunda 3 qol və 5 assistlə yadda qalan Silva ilə “Yuventus” da maraqlansa da, maliyyə şərtləri bu keçidi çətinləşdirir. Buna görə “Barselona” variantı daha real hesab olunur.

Chosen
124
idmanxeber.az

1Sources