EN

Böyük Britaniyada illik inflyasiya 3,3 faizə yüksəlib

Bakı. Trend:

Böyük Britaniyada illik inflyasiya 3,3 faizə yüksəlib.

Trend BBC-yəistinadla xəbər verir ki, bu artım ABŞ və İsrailin İranlamüharibəsi fonunda son üç ilin ən böyük benzin və dizel qiymətartımı ilə əlaqələndirilir.

Fevral ayında 3 faiz olan inflyasiya göstəricisinin artmasıəsasən yanacaq qiymətlərinin yüksəlməsi ilə bağlıdır. BöyükBritaniyanın Milli Statistika Ofisi bildirib ki, aviabiletlərin vəərzaq məhsullarının bahalaşması da inflyasiyanın artımına töhfəverib. Qeyd olunan göstəricilər Yaxın Şərqdəki münaqişənin BöyükBritaniyada yaşayış xərclərinə təsirini əks etdirən ilk rəsmiməlumatlar hesab olunur.

Mütəxəssislərin fikrincə, müharibə və enerji qiymətlərininartması səbəbindən inflyasiya bu il daha yüksək səviyyədə qalabilər. Enerji xərclərinin artması iqtisadi artımı zəiflədə bilər,çünki əhali və biznes subyektlərinin xərcləmək üçün daha az vəsaitiqalır.

İqtisadçılar inflyasiyanın bu il 3.5- 4 faiz aralığında pikhəddə çata biləcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, İranla münaqişə fevralın 28-də başladıqdan sonratopdansatış enerji qiymətləri kəskin artıb. Yaxın Şərqdə enerjiistehsalı və nəqliyyatı raket və pilotsuz uçuş aparatlarınınhücumları səbəbindən ləngiyib və bəzi hallarda tamamilədayanıb.

Chosen
149
az.trend.az

1Sources