EN

Balıqdan buğlama necə hazırlanır? Ləzzətli resept

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Evdə asanlıqla hazırlanan və həm dadlı, həm də faydalı olan balıq buğlama süfrələrin sevilən yeməklərindən biridir. Xüsusilə nərə balığı ilə hazırlanan bu yemək həm qidalı, həm də yüngül olması ilə seçilir.

Reseptə əsasən, 370 qram balıq təmizlənərək yuyulur və qurulanır. 115 qram kartof və 80 qram baş soğan soyularaq doğranır. Bundan əlavə, yeməyə xüsusi turşməzə dad vermək üçün 60 qram sarı alça istifadə olunur.

Hazırlanma zamanı qazanın dibinə əvvəlcədən duzlanmış və istiotlanmış balıq düzülür. Üzərinə kartof və soğan əlavə edilir, daha sonra yenidən balıq qatı yerləşdirilir. Bütün ərzaqlar yerləşdirildikdən sonra yemək vam odda bişməyə qoyulur.

Sadə hazırlanma qaydası və zəngin dadı ilə seçilən balıq buğlama həm gündəlik, həm də qonaq süfrələri üçün ideal seçim hesab olunur.

Fidan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
1
news.milli.az

2Sources