EN

Bu ölkədə quş qripi aşkarlanıb Minlərlə toyuq məhv edilir

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yaponiyanın şimalındakı Aomori prefekturasında quş qripi epidemiyası aşkar edilib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra təxminən 230 min toyuq məhv edilib. 

İnfeksiyanın daha da yayılmasının qarşısını almaq üçün 32 quşçuluq ferması ətrafında 10 km radiusda karantin zonaları yaradılıb. Hakimiyyət orqanları və ekspertlər ciddi iqtisadi nəticələrdən narahatdırlar.

Xüsusilə, 2023-cü ildə oxşar bir epidemiya Yaponiyada yumurta qiymətlərinin kəskin şəkildə artmasına və mağazalarda qıtlığa səbəb olub.

Gülayə Mecid 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
77
1
unikal.az

2Sources