Ermənistanda keçmiş prezident Serj Sərkisyanın qardaşı qızı Ani Sərkisyana məxsus əmlakın bir hissəsi dövlət tərəfindən müsadirə olunub.
Hakimiyyet.az Globalinfo.az-a istinadən xəbər verir ki, məlumata görə, “Areni HES” şirkətinin 39 341 ədəd səhmi (təxminən 1,74 milyon dollar dəyərində), 864 min dolları, 13 milyon dram və təxminən 5 min avrosu dövlətin xeyrinə alınacaq.
Bu barədə məlumatı Ermənistan Baş Prokurorluğu yayıb. Bu gün Antikorrupsiya Məhkəməsi prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı iddiasını qismən təmin edib.