EN

İtaliya Kubokunun finalçıları məlum oldu


2025/2026-cı il İtaliya Kubokunun finalçıları məlum olub.
Yeniavaz.com
xəbər verir ki, turnirin həlledici oyununda “İnter Milan” və “Latsio” komandaları üz-üzə gələcək.
Oyun 13 mayda Romadakı “Stadio Olimpiko”da keçiriləcək.
Finala gedən yolda Milanın “İnter” komandası “Venesiya” (5:1), “Torino” (2:0) və “Komo”nu (3:2) məğlub edib.
Həlledici oyundan əvvəl Romanın “Latsio” komandası “Milan”ı (1:0), “Boloniya”nı (1:1, 4:1 pen.) və “Atalanta”nı (3:3, 2:1 pen.) məğlub edib.
“İnter” İtaliya Kubokunu 15 dəfə, “Latsio” isə yeddi dəfə qazanıb. “Yuventus” isə ən çox qələbə qazanan komanda olaraq qalır - 22 qələbə.
Chosen
96
1
yeniavaz.com

1Sources