EN

I Liqa: Liderin ən yaxın izləyicisi dəyişir - "Səbail", yoxsa "Baku Sportinq"?

Azərbaycan I Liqasında 23-cü tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun son günündə iki oyun keçiriləcək.

Premyer Liqaya iddialı komandalardan "Baku Sportinq" Şamaxıda "Şimal"ın, "Səbail" isə Buzovnada "Difai"nin qonağı olacaq. 

Hər iki qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmalarda “Şəfa” MOİK üzərində 3:0 hesablı qələbə qazanıb, “Şahdağ Qusar” səgərdə “Zaqatala”nı 1:0 üstələyib, “Mingəçevir”isə gözlənilmədən “Cəbrayıl”a 1:2 uduzub. 

Azərbaycan I Liqası
XXIII tur
23 aprel 

16:00. “Şimal” – “Bakı Sportinq”
Hakimlər: Namiq Bəkirov, Məmmədəli Kərimov, Samir Qaracayev, Sənan Bayramzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı OİK stadionu.

16:00. “Difai” – “Səbail”
Hakimlər: Alik Yunusov, Zakir Şükürzadə, Elmin Süleymanov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Buzovna qəsəbə stadionu.

Chosen
42
9
fanat.az

10Sources