EN

Bank Əlaqə mərkəzinə gələn zənglərin 80% ni 30 saniyə ərzində cavablandırıb

ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"2025-ci ildə "Kapital Bank"ın 196 Əlaqə Mərkəzinə gələn zənglərin 80%-i 30 saniyə ərzində cavablandırılıb"

Marja.az xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında "Kapital Bank" ASC-nin İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev bildirib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

O qeyd edib ki, rəqəmsal xidmətlərin tətbiqi və inkişafı sayəsində bankın Əlaqə Mərkəzinə müraciətlərin sayı 28.2%-dən 18.8%-dək azalıb:

"Ümumilikdə Əlaqə Mərkəzimizə daxil olan zənglərin 95%-i cavablandırılıb. Bu zənglərin 80%-i isə 30 saniyə ərzində cavablandırılıb. Bütün kanallar üzrə xidmətlərimizi qiymətləndirən müştərilərimizin məmnuniyyət göstəricisi 86% olub. Qeyd edim ki, ən önəmli göstəricilərdən biri də Əlaqə Mərkəzinə müraciət edən müştərilərin 87%-nin çətinliyinin ilk müraciəti zamanı həll edilmiş olmasıdır. Beynəlxalq ödəniş sistemləri və ya bəzi requlativ qaydalarla bağlı mövzuların araşdırılması isə prosedura uyğun olaraq 40 günə qədər vaxt ala bilir. Amma əksər hallarda müştərilərimizin sorğuları və şikayətləri orta hesabla 1.6 iş günü ərzində nəticələndirilir. Ümumilikdə isə edilən müraciətlərin 95%-i 5 iş günü ərzində cavablandırılır.

Bu mövzuda bir xəbəri də sizinlə bölüşüm ki, biz ISO 10002 üzrə müştəri məmnuniyyəti idarəetmə sistemimizin illik yenilənməsini uğurla tamamlamışıq. Bizim hazırda 4 milyondan çox fiziki aktiv müştərimiz var.  Həmçinin, 1258 ədəd bankomatımız, 11 nöqtədə Rəqəmsal Mərkəzlərimiz, 24/7 xidmət göstərən Birbank tətbiqimiz, 114 filial, 53 şöbəmizlə hazırda ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıyıq".

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
1
marja.az

2Sources