Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC “AzərbaycanRespublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışadair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzuriqtisadi rayonlarında rabitə və internet xidmətləriningenişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Azad edilmiş ərazilərdə ümumilikdə 8,905 abunəçi (8,422 evtəsərrüfatı və 483 biznes subyekti) telekommunikasiya şəbəkəsinəqoşulub.
2026-cı ilin yanvar–mart ayları ərzində görülən işlərnəticəsində bu göstərici 1,394 yeni abunəçinin (1,323 evtəsərrüfatı və 71 biznes subyekti) xidmətlərə qoşulması ilə daha daartıb.
Qeyd edək ki, hesabat dövründə işğaldan azad olunmuş ərazilərdəyerləşən 9 şəhər mərkəzi, 29 kənd və qəsəbədə yeni abunəçilərinyüksəksürətli internet və telefoniya xidmətlərinə qoşulması təminedilib.
“Aztelekom” MMC tərəfindən həyata keçirilən tədbirlər bölgədəmövcud rabitə infrastrukturunun imkanlarının genişləndirilməsinə vəəhalinin rəqəmsal xidmətlərə çıxışının artırılmasına yönəlib.