EN

Qəzvinli xeyriyyəçilər 20 məktəb inşa etdirirlər

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qəzvin əyalətində məktəb çatışmazlığının aradan qaldırılması üçün yerli xeyriyyəçilər külli məbləğdə vəsait ayırıblar.

Gunaz.tv

Bu barədə əyalət valisi Məhəmməd Nozəri bildirib.

Onun sözlərinə görə, azərbaycanlı xeyriyyəçilərin dəstəyi nəticəsində hazırda 20 məktəb binasının inşasına başlanılıb.

Bunun, İran prezidenti Məsud Pezeşkianın məktəb çatışmazlığının aradan qaldırılması ilə bağlı çağırşından sonra baş verdiyi qeyd olunub.

Qeyd edək ki, illərdir Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri üçün vəsait ayırmadığını deyirlər.

Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi çox hallarda yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
icma.az

1Sources