1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
Azərbaycanda bu ilin yanvar-mart aylarında 1279 əcnəbi Azərbaycan ərazisində daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib.BUTA.TV xəbər verir ki, bu barədə Report-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, müvafiq dövr ərzində daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edən əcnəbilər arasında Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları üstünlük təşkil edib.