EN

Mourinyo Avropa nəhəngində işləmək istəyir

“Benfika”nın məşqçisi Joze Mourinyo karyerasını İspaniyada davam etdirmək istəyir. Metbuat.az xəbər verir ki, o, “Real Madrid”ə mesaj ünvanlayıb. AS nəşrinin məlumatına görə, Joze Mourinyo agenti Jorge Mendes vasitəsilə keçmiş klubu “Real Madrid”lə əlaqə saxlayaraq orada işləmək istədiyini bildirib. Mendes İspaniya nəhənginə “Benfika” ilə müqaviləsində kompensasiya bəndi olan Mourinyo haqqında məlumat verib. Lakin “Real Madrid” hələ qərar verməyib.

Qeyd edək ki, bundan əvvəl “Real Madrid”in Joze Mourinyonun xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi. Lakin rəhbərlikdə Mourinyo ilə bağlı yekdil qərar olmadığı iddia edilir.

Chosen
41
metbuat.az

1Sources