EN

Enerji yolları uğrunda mübarizə: İranın “Hörmüz kartı”

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yəhudi əsilli bir ukraynalı politoloq deyir ki, İranın əlində olan Hörmüz boğazı nüvə bombasından da təhlükəli vasitədir. Müqayisə üçün qeyd edir ki, Şimali Koreyanın nüvə silahı var, amma bunun praktiki təsiri məhduddur, çünki ticarət yollarına nəzarət etmir. Bu halda sual yaranır: ABŞ-ı İranda nə nüvə silahı, nə də rejim maraqlandırmırsa, bu savaşın əsas məqsədi nədir?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə, bu müharibə dövründə İranın Hörmüz boğazı ilə bağlı fəaliyyəti İrana qarşı indiyə qədər formalaşmış münasibətin Qərb tərəfindən dəyişməsinə səbəb olub. Nəticədə müşahidə edildi ki, Qərb İrana qarşı sanksiyalar tətbiq etməklə iqtisadi müharibə apardığı kimi, İran da Hörmüz boğazını bağlamaq və dünya üzrə enerji daşımalarını bloklamaqla Qərb ölkələrinə və onların müttəfiqlərinə qarşı iqtisadi təzyiq mexanizmi yarada bilir. Buna görə də bu risklərin qarşısını almaq üçün hazırda geniş planların hazırlandığı və həmin plana uyğun siyasətin həyata keçiriləcəyi ehtimal olunur.

“"Hörmüzü İranın əlindən necə almaq olar" mövzusu ətrafında işlərin getdiyi də bildirilir. Bu baxımdan Ukraynalı politooqun açıqlaması kifayət qədər güclü hesab edilir və iddia olunur ki, nüvə silahından daha təhlükəli “Hörmüz kartı” İranın əlindədir. İran bu kartdan istifadə etməklə Körfəz regionunda və xüsusilə ərəb ölkələri üzərində ciddi təsir gücünü qoruyur. Bu vəziyyət həm ABŞ-da, həm də Körfəz ölkələrində ciddi narahatlıq yaradır və qlobal enerji təhlükəsizliyi üçün risklər formalaşdırır”, – deyə politoloq bildirib.

Zeynal Əmrəliyev əlavə edib ki, İranın bu siyasəti gələcəkdə dünya iqtisadi sistemində, xüsusilə enerji bazarlarında böyük çətinliklərə səbəb ola bilər. Buna görə də müəyyən dövrdə gərginliklərin davam edəcəyi, lakin bunun tənzimlənməsi üçün yeni anlaşmaların zəruri olduğu bildirilir.

Politoloqun fikrincə, bu yanaşma ilə razılaşanlar da qeyd edirlər ki, Hörmüz boğazı bu gün İranın əlində nüvə silahından daha təhlükəli geosiyasi alətə çevrilib.

“Bu vəziyyətin yaranmasında Qərb ölkələrinin də payı olduğu vurğulanır. Çünki vaxtında razılaşmaların əldə olunmaması və İranın yalnız sanksiyalarla təcrid edilməsinə çalışılması Tehranın öz təsir mexanizmlərini daha da gücləndirməsinə gətirib çıxarıb”, – deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
50
icma.az

10Sources