EN

Son 5 ildə neçə uşağa "Xan" adı verilib?-Rəsmi CAVAB

Azərbaycanda uşaqlara Şah, Bəy və Xan adlarının qoyulması qadağan edilir. Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli bu məlumatı təsdiqləyib. O bildirib ki, bu adların tək istifadə olunmasına icazə verilməcəyək. Bu adlar yalnız ad və ya soyadlara bitişik istifadə oluna bilər.

Bəs hazırkı dövrədək “Şah”, “Bəy” və “Xan” adları ilə uşaqların rəsmi qeydiyyata alınması halları müşahidə olunub?

Redaktor.az məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb. 

Sorğuya cavab olaraq bildirildi ki, son 5 il ərzində “Bəy” və “Şah” adlarının seçilməsi halları müşahidə olunmasa da, 300 uşağa “Xan” adı qoyulub.

"Məlumat üçün bildiririk ki, dilimizdə bəy, şah və xan sözləri daha çox titul bildirən sözlər kimi istifadə olunur. Bu sözlərin digər sözlərlə birləşərək, yaxud şəkilçilərlə birlikdə antroponim yaratması hallarına daha çox rast gəlinir. Məsələn, Xanlar, Şahlar, Xanağa, Bəymirzə və s".

Aytəkin TOFİQQIZI

Chosen
58
50
redaktor.az

10Sources