EN

Avropa çempionatında 4 güləşçimiz mübarizəyə başlayır

ain.az, Sportal.az saytına istinadən bildirir.

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 qadın güləşçisi mübarizəyə qoşulacaq.

Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq), Birgül Soltanova (65 kq) və Günay Qurbanova (59 kq) xalça üzərinə çıxacaq.

Xatırladaq ki, Azərbaycan komandası əvvəlki günlərdə 5 medal qazanıb - Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər.

Qitə birinciliyi aprelin 26-da yekunlaşacaq.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
62
5
sportal.az

10Sources