EN

Məktəbə 3 gündür silahla gəlirmiş

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Türkiyənin paytaxtı Ankaranın Sincan rayonunda yerləşən orta məktəbdə bir şagirdin üç gün ərzində tapança ilə dərsə gəldiyi məlum olub. Demokrat.az xəbər verir ki, silah müsadirə edilib və hadisə ilə bağlı istintaq başlanıb.Hadisə Sincanın Andiçen məhəlləsindəki orta məktəbdə qeydə alınıb. İddialara görə, 5-ci sinifdə oxuyan oğlan şagird babasına məxsus olduğunu dediyi tapançanı üç gün ardıcıl olaraq məktəbə gətirib.Maraş və Urfada baş verən məktəb hücumları hələ də gündəmdə olduğu bir vaxtda, vəziyyət valideynlərin diqqətini çəkib. Onların müraciətindən sonra məktəbə polis əməkdaşları cəlb olunub.Hadisə zamanı silah götürülüb, araşdırma başladılıb. İstintaq çərçivəsində şagirdin ailə üzvlərindən bəzilərinin saxlanıldığı bildirilir.Hadisədən sonra məktəb rəhbərliyi şagirdlərə çanta əvəzinə şəffaf paketlə dərsə gəlməyi tövsiyə edib.Bundan əlavə, məktəb ətrafında polis nəzarəti gücləndirilib, bəzi məktəb rəhbərlərinin isə ifadə vermək üçün polisə çağırıldığı qeyd olunur.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
87
demokrat.az

1Sources