EN

Ağstafada məktəbdə bıçaqlı insident: 8-ci sinif şagirdi xəstəxanalıq oldu - YENİLƏNİB

2026-cı ilin 21 aprel tarixində saat 14:10-da 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Missiya.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.Qeyd olunub ki, pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib:"İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb".

11:11Ağstafa rayonundakı məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı təhsil müəssisəsindən rəsmi açıqlama verilib.Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, aprelin 21-də IX sinif şagirdi sözügedən təhsil müəssisəsində oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib."Xəsarət almış şagird xəstəxanaya yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - deyə qeyd edilib.

10:35

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.Hadisə rayonun 3 nömrəli tam orta məktəbində qeydə alınıb.Ağstafa Rayon Polis Şöbəsinə həmin təhsil müəssisəsinin 8-ci sinif şagirdi U.İ-yə digər məktəbli tərəfindən kəsici-deşici alətlə xəsarət yetirməsi barədə məlumat daxil olub.Hazırda həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Chosen
71
23
missiya.az

10Sources